Oktyabrın 20-si Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi.
QHT.az xəbər verir ki, Birlik 1991-ci ildə Atam Şərif Qəribov tərəfindən təsis edilmiş və dövlət Qeydiyyatına alınmışdır. 1994-cü ildən bu günə qədər QHT sektorunda həm könüllü həm layihələrdə rəsmi çalışmışam. 2015-ci ildən “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədriyəm. Bu sektorda çox dəyərli, ideyalara könül vermiş, fədakar insanlarla tanış olmuşam. Ölkəmizin və cəmiyyətin inkişafında qeyri hökümət təşkilatlarının rolu böyükdür. Vətəndaş cəmiyyətinin addım addım necə bu günə gəldiyinin şahidi olmuşam. Lakin son illərdə vətəndaş çəmiyyətinin fəaliyyətində daha ciddi inkişaf müşahidə olunur.
Bu gün Azərbaycan qeyri hökümət təşkilatlarının ixtisaslaşdığını, öz fəaliyyət sahəsində ciddi töfhələr verdiyini, fəallığını və daha inamla addımladığını görürük. Son illərdə Vətəndaş cəmiyyəti daha sürətlə inkişaf edir, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq güclənir, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüsləri, proqram və layihələri dövlət tərəfindən qiymətləndirilir və onların icrasına dəstək göstərilir. Qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf edir və beynəlxalq aləmə çıxışına imkanlar yaradılır. Qeyri hökümət təşkilatları dövlət qurumları yanında İctimai Şuralarda təmsil olunaraq ictimai nəzarəti həyata keçirir.
Oktyabrın 20-si Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da vətəndaş cəmiyyəti fəalları üçün çox faydalı oldu.
Hər il keçirilən Forum QHT sektorunun inkişafına əyani şahidlik etmək, fikir mübadiləsi aparmaqla gələcəkdə görüləcək işləri nəzərdən keçirmək üçün artıq özünü təsdiq etmiş platformadır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu günə qədər keçirdiyi bütün tədbirlər, görüşlər, təlimlər, forumlar, konfranslar, aksiyalar həqiqətəndə QHT-lərin həm inkişafına, həm, peşəkarlaşmasına, həm də bir biri ilə yaxından tanışlığına səbəb olmuşdur.
Bu gün Azərbaycan QHT-lərinin bir ailə olduğunu və hər məqamda bir yumruq kimi birləşə bildiyini görürük.
Bir QHT təmsilçisi olaraq QHT-lərin fəaliyyətinə, inkişafına, layihələrin keyfiyyətli icrasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, onun mehriban və peşəkar komandasına və bizə dövlətin qayğısını bu qədər hiss etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə təşəkkür edirəm.
“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri
Nərminə Qəribova












