19-20 oktyabr Xankəndində “Konstitusiya və Suverenliyin Münasibəti” mövzusunda forum keçirildi.

Bu forumun əsas məqsədi — Azərbaycan Respublikasının Konstitusiyasının dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsindəki mühüm rolunu önə çəkmək, ictimai şüurda hüquqi bilikləri artırmaq və vətəndaş məsuliyyətini gücləndirmək olmuşdur.

Forumun uğurla təşkilində göstərdiyi dəstəyə görə "Vətən Naminə"Şəhid Ailələrinə Dəstək İB-in və Şəhid anası kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə (QHT Agentliyi) dərin minnətdarlığımızı bildiririk.

Xüsusilə, Agentliyin əməkdaşlarının bizə göstərdiyi diqqət, qayğı və səmimi münasibət, tədbirin hər mərhələsində onların əməksevərliyi, təşəbbüskarlığı və fədakarlığı bu forumun yüksək səviyyədə həyata keçirilməsində böyük rol oynamışdır.

Onların əməyi və dəstəyi bu tədbirin uğurlu nəticələri ilə hər kəs tərəfindən hiss olundu və dəyərləndirildi.

Eyni zamanda, tədbirin keçirilməsinə töhfə verən bütün tərəfdaş qurumlara, moderatorlara, məruzəçilərə və könüllülərə təşəkkür edirik.

Ümid edirik ki, bu forum gələcəkdə də hüquqi maarifləndirmə, vətəndaş cəmiyyəti və dövlətçilik dəyərlərinin təbliği istiqamətində yeni imkanlar yaradacaq.

Bir daha hər birinizə səmimi təşəkkürümüzü bildiririk.

Uğurlarınız bol, fəaliyyətiniz uğurlu olsun!

 

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Tünzalə Abduləlimova