Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) ilə Özbəkistanda fəaliyyət göstərən donor təşkilatlar arasında əməkdaşlıq barədə memorandum imzalanacaq.
QHT.az bildirir ki, bu barədə Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökümət təşkilatlarının əməkdaşlıq forumu çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edilib ki, forumda təşkilatların ölkə başçılarına müraciəti səslənəcək.












