Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.