Özgür və Nefise Survivor çempionunu müəyyən etmək üçün SMS səsverməsinə çıxıblar. TV8 ekranlarından təxminən 5,5 ay əvvəl başlayan Survivorda dünən axşam sevinc və həyəcan eyni vaxtda yaşanıb. 

QHT.az xəbər verir ki, rəqiblərini bir-bir mübarizədən kənarlaşdıraraq finala yüksələn Özgür və Nefise çempionluq arzularına çatmaq üçün mübarizə aparıblar. Acun Ilıcalının gecənin son saatlarında açıqladığı səsvermə nəticələri ilə Survivor 2023 qalibi Nefise böyük mükafatı- çempionluq kubokunu qazandı. Digər tərəfdən Acun Ilıcalı 2024-cü il mövsümündə Survivor formatının dəyişəcəyini bildirib.

 

 

Pərvanə Fərhadqızı