Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

 

QHT. az  APA -a istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

 

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

 

Oğlu onu ağac budağı ilə döyüb.

 

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

 

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

 

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.