Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

 

QHT. az bildirir ki,  bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam edir.

 

Əlavə məlumat veriləcək.

 

***

 

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib