“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında 2025-ci ilin təşkilat üçün uğurlu il olduğunu bildirib.

Onun sözlərinə görə, Birlik 2023–2028-ci illər üçün hazırladığı strateji plana uyğun olaraq fəaliyyətini uğurla davam etdirib və sosial-ictimai layihələrini yüksək səviyyədə həyata keçirib. Möhübbəli Nağıyev qeyd edib ki, 2025-ci ildə Birlik iki vacib layihəni uğurla başa çatdırıb:

"Qeyd edim ki, 2025-ci il, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi üçün uğurlu illərdən biri oldu. 2025-ci ildə də Birliyin 2023-2028-ci illər üçün strateji planında nəzərdə tutulan fəaliyyətlərizə uğurla davam etdik. Ümumilikdə, 2025-ci ildə həyata keçirdiyimiz sosial-ictimai fəaliyyətimizi yüksək qiymətləndiririk. Qeyd etdiyim kimi, “Balans” İMİB 2025-ci ildə iki vacib və yüksək nəticələrlə yekunlaşan layihələri icra etdi. Birliyin icra etdiyi birinci layihə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Alternativ turizm məhsulu” adlı layihə oldu. Birliyin həyata keçirdiyi növbəti layihə isə Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin maliyyələşdirdiyi “Şəkidə Dəyirmanarxı çayının canlandırılması və dayanıqlı su irsi təşəbbüsü” adlı layihə oldu".