Bakı Dövlət Universiteti 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında “Şanlı Zəfər” mövzusunda esse müsabiqəsi elan edir.

QHT.az xəbər verir ki, müsabiqəyə təqdim olunan esselər 2-3 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır. Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2025-ci il oktyabr ayının 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.