Yazar Etibar Həsənzadə QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin idarə heyətinin Fəxri üzvü seçilib.

O, təşkilatın fəaliyyətini dəyərləndirdiklərinə görə təşəkkürünü ifadə edib:

“Mənim fəaliyyətimi qiymətləndirdikləri və Fəxri üzv olmağa layiq bildikləri üçün Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul bəy və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Allah ömür versin, Allah razı olsun. Sizlər var olun!”

Etibar Həsənzadəni bu şərəfli təyinat münasibətilə səmimi qəlbdən təbrik edirik!

 

Pərvanə Fərhadqızı