Belçikanın səhiyyə orqanları fevralın 6-da qripə yoluxma hallarının kəskin artması ilə əlaqədar xəbərdarlıq edərək, həssas qruplara ictimai yerlərdə üz maskası taxmağı tövsiyə edib. Bu barədə Belçika hökumətinin Risklərin İdarə Edilməsi Qrupunun xəbərdarlığında deyilir.

QHT.az xəbər verir ki, Belçikada maska ​​taxmaq tövsiyəsi 65 yaşdan yuxarı və ya ürək-damar xəstəliyi, şəkərli diabet, ağciyər xəstəliyi, xərçəng, piylənmə, xroniki böyrək çatışmazlığı və ya zəifləmiş immun sistemi olan insanlara şamil edilir.

Belə qruplardan olan insanların yaxınlarına da insanların sıx olduğu yerlərdə, məsələn, ictimai nəqliyyatda maska ​​taxmaq tövsiyə olunur. Belçikada ictimai yerlərdə maskaların taxılması 2022-ci ildən, ölkənin koronavirus pandemiyası səbəbindən demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdığı vaxtdan bəri məcburi deyil.

 

Pərvanə Fərhadqızı