“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasın; Bərdə rayonunda davam etdirir. 


28.03.2023-cü il tarixində saat 10.00 Bərdə İdarəetmə və Texnalogiya Kollecində  “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender əsaslı zorakılıq” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Bərdə İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı. O qonaqları təqdim etdi. Müharibə şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Layihə rəhbəri Ətrabə Məmmədova   layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.
 Ekspert T.Dadaşov “Məişət zorakılığı və qorunma yolları” mövzusunda  ətrafında çıxış etdi. O, ”Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu, zorakılığın formaları ,Məişət zorakılığının qarşısının alınması ilə bağlı  görülən işlər haqda məlumat verdi. 
 Psixoloq A.İmanova zorakılığın psixoloji təsirlərindən danışdı.   Sonra  müzakirələr başladı. İştirakçılar müzakirələrdə  fəal iştirak etdilər və  məişət zorakılığının sosial kökündə yoxsulluğun, müharibənin vurduğu psixoloji zərbənin ,işsizliyin, alkoqolizmin,xarici teleserialların, qanunlardan xəbərsizliyi,savadsızlığın olmasını bildirdilər. Həll yollarını işyerlərinin açılmasında ,televiziyalarda nümunəvi verlişlərin verilməsini və Məişət zorakılığı barədə qanunun təbliğinin genişləndirilməsində  gördülər.
Sonda Bərdə İdarəetmə və Texnalogiya Kollecinin direktoru Xosrov Musayev mövzuya münasibət bildirdi. O, donor və icraçı təşkilata təşəkkür etdi.