12 Noyabr 2021-ci ildə Biləsuvar şəhərində  “Tərəqqi”gəncliyin inkişafı  ictimai  birliyi tərəfindən   “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin ilk təlimi keçirilmişdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə dəstəyi ilə “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr  2021-ci il tarixləri əhatə edir.

 

    Bu barədə  məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci qeyd etmişdir ki, təlim  Biləsuvar Peşə Litseyinin texnki-təşkilati dəstəyi ilə 20 nəfər gəncin iştirakı ilə,  sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir.Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitlər nədir?, narkomaniyanın  potensial qurbanları - risk qrupları, narkomaniyanını sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı)  cari hesabatı mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılmışdır.Təlimdə Biləsuvar Polis Şöbəsinin əməkdaşı Cabir Bəşirov iştirak etmişdir və gənclər qarşısında çıxış etmişdir. Tədbirlər  sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur.