Moskvanın mərkəzində Stoleşnikov zolağında inzibati binada baş verən yanğın söndürülüb.
QHT.az xəbər verir ki, ölən və yaralananlar barədə məlumat verilmir.
Yanğın bu gün günortadan sonra Stoleşnikov zolağında iki mərtəbəli binada baş verib. Yanğının sahəsi 100 kvadratmetr olub. Bildirilib ki, binada geyim mağazaları, hüquq bürosu və kafe yerləşir. Yanğının səbəbi məlum deyil.
Pərvanə Fərhadqızı












