ABŞ-ın Texas ştatında balıqçılar yalın əlləri ilə çəkisi 44 kiloqram olan nəhəng pişik balığını tutublar. 

QHT.az xəbər verir ki, balıqçılar Tavakoni gölündəki körpünün beton tağları altında balıq tutmaq üçün yer aşkar ediblər. İlk balıq ovu zamanı orada bir gündə çəkisi 13 kiloqramdan çox olan iki pişik balığı tuta biliblər. İki həftə sonra bu yerə qayıtdılar və tufan səbəbindən yenidən körpünün altına sığındılar. Pis hava şəraiti keçəndə balıqçılar sualtı tənəffüs sistemi ilə silahlanaraq suya dalıblar. Balıqların olduğu yerə qədər betonun altında təxminən iki metr üzmək lazım gəlib.

 

Pərvanə Fərhadqızı