BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İnkişaf Proqramı nümayəndələrinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə Naxçıvana işgüzar səfəri baş tutub.
QHT.az xəbər verir ki, səfərin ilk günündə Muxtar Respublikanın rəhbər şəxsləri ilə görüşlər keçirilib və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafı və təbii resurslardan səmərəli istifadəyə dair birgə fəaliyyətlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bundan başqa, BMTİP-in Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində iqlim dəyişikliyinin təsirinə məruz qalan ərazilərdən hesab edilən Naxçıvan və Şərur şəhərlərində iki günlük təlim sessiyası təşkil olunub.
Pərvanə Fərhadqızı












