BMT-nin Uşaq Fondu Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi ilə birlikdə Kəlbəcər, Laçın və Füzuli rayonlarında öz doğma evlərinə yeni qayıtmış uşaqlar və onların valideynləri ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşlər zamanı Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə sessiyaları təşkil olunub, ailələrə partlayıcı sursatların yaratdığı təhlükələr haqqında məlumat verilib və təhlükəli hallarla qarşılaşdıqda dərhal 805, 102 vəya 112 nömrələrinə zəng vurmağın zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə sessiyaları mina təhlükəsi olan ərazilərdən bütün minalar təmizlənənə qədər uşaqlar və onların valideynlərinin təhlükəsizliyini təmin etmək məqsədilə silsilə formada həyata keçiriləcək.

 

Pərvanə Fərhadqızı