Bu gün Gələcək üçün Assosiasiyalar Akademiyasının "Üzvlük strategiyaları və xidmətlərin inkişafı" mövzusunda təlimi keçirilib.

QHT.az xəbər verir ki, təşkil edilmiş təlim sessiyası, təşkilatların və assosiasiyaların üzvlük strategiyalarını və xidmətlərin inkişafını mərkəzə almağa yönləndilib. Təlimin əsas məqsədi, təşkilatların və assosiasiyaların üzv sayılarını artırmaq üçün dəyişik taktika və strategiyaların təqdim edilməsi və mövcud xidmətlərin daha effektiv şəkildə inkişaf etdirilməsində yardım etməkdir. Bu mövzuda verilmiş təlim, qurumların nailiyyətləri və inkişaf üçün əhəmiyyətli bir əsas təşkil edir.

Qeyd edək ki, bu təlim, müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyalar, təşkilatlar və iştirakçılar üçün son dərəcə faydalıdır. Bu təlimdə öyrənilən prinsiplər, təşkilatların və ya assosiasiyaların öz məqsədlərini və viziyalarını daha da aydınlaşdırmaq, üzvlərini mobilizasiya etmək və onlara daha yaxşı xidmətlər təqdim etmək üçün istifadə edilə bilər.

 

 

Pərvanə Fərhadqızı