Birləşmiş Millətlər Təşkilatı istilik mövsümündə Ukraynaya dəstək üçün 268 milyon dollar toplamaq təşəbbüsü ilə çıxış edib.
QHT.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, BMT tərəfdaşları ilə birlikdə qış aylarında 1,3 milyon insana yardım göstərmək üçün vəsait toplamaq təşəbbüsü ilə çıxış edib. Düjarrik qeyd edib ki, Ukrayna infrastrukturuna ciddi ziyan vurulub və bu, soyuq mövsümdə milyonlarla insanı həddindən artıq risk altında qoyub: “Yardım ehtiyacı ilə bağlı hesablamalar humanitar təşkilatların kəskin enerji böhranı şəraitində 2,2 milyon insana oxşar xidmətlər göstərdiyi və 4000-dən çox generatoru təhvil verdiyi keçən qış təcrübəsinə əsaslanır. Bu qış BMT cəbhəyanı ərazilərdəki evlərin təcili təmirinə üstünlük verəcək. Köçkünlər üçün mərkəzlərdə təmir işləri və məcburi köçkünlərə maliyyə yardımı da prioritet hesab olunur ki, onlar kirayə və ya kommunal xərcləri ödəyə bilsinlər. Humanitar təşkilatlar bələdiyyələrin istilik sistemlərinin təmirinə kömək edəcəklər”. - deyə baş katibin nümayəndəsi əlavə edib.
Pərvanə Fərhadqızı












