Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinlər siyahısında sahibkar Yevgeni Priqojin də olub.

QHT.az xəbər verir ki, Boloqovski rayonunda qəzaya uğrayan təyyarədə olanların hamısı- üç pilot və yeddi sərnişin həlak olub. İnternetdə təyyarənin şaquli olaraq yerə yıxıldığını əks etdirən qəzanın videosu yayılıb. Təyyarə Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburqa uçurdu.

Hazırda dörd nəfərin cəsədi tapılıb. Təyyarənin yerə çırpıldığı zaman yandığı, ümumilikdə yarım saatdan az uçuşda olduğu məlum olub.

Pərvanə Fərhadqızı