Gənc qazıcılar Moskva çayında Zaryadye parkının yaxınlığında ekskursiyaya gedərkən güclü leysan nəticəsində şəhərin yeraltı obyektlərini gəzib və gözdən itiblər.
QHT.az xəbər verir ki, 20 avqust onlar Moskva drenaj şəbəkəsinin əsas kanalına eniblər. Həmin gün axşam saatlarında Zaryadye parkında təxliyə elan edilib, istirahət zonasının ərazisi texniki səbəblərə görə bağlanıb. Daha sonra parkın bəndi ərazisində ilk qazıcı göründü. Tapılan yeniyetmənin 15, 17 yaşı olar. Daha sonra, ekskursiyanın başqa bir iştirakçısının cəsədi tapılıb. O, 15 yaşlı məktəbli qız olduğu bildirilir. Ona kəllə-beyin travması diaqnozu qoyuldu.
Xilasedicilərin fikrincə , yağışda yerin altına enən qrupda səkkiz nəfərə qədər adam ola bilər. Onların heç biri ilə əlaqə saxlamaq olmur. İnsanların axtarışı davam edir. Kanalizasiyada itkin düşənlər arasında Rusiyanın ən böyük İT şirkətinin əməkdaşı, onun qızı və qardaşı oğlu da ola bilər. Ekskursiyalar müvəqqəti olaraq dayandırılıb, təşkilatçılar qarşıdan gələn bütün enişləri ləğv ediblər və biletlərin pulunu iştirakçılara qaytarıblar.
Qeyd edək ki, Moskvada gündüz 43 millimetr, gecə isə daha 4 millimetr yağıntı qeydə alınıb, beləliklə, həmin gün üçün paytaxtda yağıntının gündəlik miqdarı 47 millimetr və ya aylıq normanın 60 faizini təşkil edib. Sinoptiklər bildirirlər ki, bu leysan 1999-cu il avqustun 20-də qeydə alınan yağıntı rekordunu qırıb - o zaman səviyyə 18,2 millimetr olub. Ehtimallara görə, turun təşkilatçıları hava proqnozunu nəzərə almayıb.
Pərvanə Fərhadqızı












