“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində növbəti podkast izləyicilərə təqdim olunub.
Nə oxuyaq? sualı sadə görünsə də, əslində bu, oxucu ilə kitab arasında baş verən ən mürəkkəb dialoqlardan biridir.
QHT.az xəbər verir ki, Bookline-ın növbəti həmsöhbəti naşir və tərcüməçi - yazar Şahbaz Xuduoğludur. Onunla birlikdə "hansı kitabı oxuyaq?" sualını masaya yatırdıq - amma bu dəfə hər hansı siyahı tərtib etmək üçün yox, seçim etməyin fəlsəfəsini anlamaq üçün.
Qeyd edək ki, “Bookline” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında oxu mədəniyyətini inkişaf etdirmək, davamlı mütaliə vərdişi formalaşdırmaq və kitab ətrafında müzakirə mühiti yaratmaqdır. Podkastı “Bookline” layihəsinin rəsmi YouTube səhifəsindən izləyə bilərsiniz.












