Kembric Universitetinin (Böyük Britaniya) rəhbərləri süni intellektin (AI) öyrənilməsi üçün ayrıca institut açıblar. Bu barədə qurumun saytında məlumat verilib.
QHT.az xəbər verir ki, araşdırma mərkəzinin mütəxəssisləri süni intellektin inkişafını təhlil edəcək və yeni texnologiyaların istifadəsi ilə bağlı neqativ ssenarilər barədə xəbərdarlıq edəcəklər.
Alimlər qeyd ediblər ki, süni intellektin öyrənilməsi üçün institut müxtəlif sahələr üzrə mütəxəssislər - tarixçilər, filosoflar, kompüter mühəndisləri və s. ilə işləyəcək. Noyabrın əvvəlində süni intellektlə bağlı qlobal konfransda çıxış edən sahibkar İlon Mask demişdi ki, süni intellekt təhlükəli ola bilər. Mask belə bir inkişafın ehtimalını 20 faiz qiymətləndirdi.
Pərvanə Fərhadqızı












