Türkiyənin cənub-şərqindəki Siirt şəhərində mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər ölüb.
QHT.az xəbər verir ki, Siirtin Şirvan rayonunda mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər həlak olub. Hadisə yerində iş davam edir.
Qeyd edək ki, xəbərin alınmasından sonra hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarma və təcili tibbi yardım xidmətləri göndərilib.
Pərvanə Fərhadqızı












