Kişiyə 2-3 dərəcəli hipotermiya və böyrək çatışmazlığı diaqnozu qoyulub.

QHT.az xəbər verir ki, Ukraynada sərhədçilər üç gündən çox dağlarda dolaşan qaçaqmalçı aşkar ediblər. Ertəsi gün o, xəstəxanada dünyasını dəyişib. Qeyd olunur ki, tapılan şəxsin 46 yaşlı Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

Sərhədçilər qeyd ediblər ki, Rusiya Federasiyasına genişmiqyaslı işğalın başlanmasından indiyədək 24 nəfər qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edərkən həlak olub. Tisa çayında 19 nəfər batıb. Daha beş nəfər isə sərhədin dağlıq hissəsini keçmək istəyərkən həlak olub.

 

Pərvanə Fərhadqızı