Braziliya hakimiyyəti İsrail səfiri Daniel Zonşeyni ölkədən qovmağı düşünür.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva bu məsələni fevralın 19-da beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim ilə müzakirə edib. Bununla belə, nəşrin yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyi israilli diplomatın ölkədən çıxarılmasını “arzuolunmaz və radikal” tədbir hesab edir.

Lula da Silva fevralın 18-də bildirib ki, İsrailin Qəzza sektorunu bombalaması nəticəsində dinc əhalinin qətliamını təbiət etibarı ilə Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə etmək olar. İsrailin baş naziri Benyamin Netanyahu həmin gün Lula da Silvanın sözlərini “ciddi və biabırçı” adlandırıb və bildirib ki, o və xarici işlər naziri İsrael Katz Braziliyanın İsraildəki səfirini “sərt təmsilçilik” üçün dərhal çağırmaq qərarına gəliblər.

 

Pərvanə Fərhadqızı