BMT-nin İnkişaf Proqramı və Yaşıl İqlim Fondunun birgə icra etdiyi “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi davam edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirilib. Məqsəd Quba və Xaçmaz rayonlarında fəaliyyət göstərən yerli icmalar üçün iqlim təsirləri və Azərbaycanın kənd təsərrüfatı problemlərini müzakirə etmək olub.

Təlimdə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq yolları, o cümlədən quraqlığa və şoranlığa davamlı taxıl növlərinin becərilməsi, müasir suvarma sistemlərində sudan səmərəli istifadə, gözlənilən sərt hava şəraitinə meyvə bağlarında hazırlıq üçün profilaktik tədbirlər haqqında danışılıb.

 

Pərvanə Fərhadqızı