AB ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasını da müzakirə edəcəklər.
QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” yüksək səviyyəli Avropa mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, iclasda həmçinin nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, AB-nin Qırmızı dənizdəki missiyası və 13-cü antirusiya sanksiyalar paketini müzakirə edəcəklər.












