Kanadanın Arktika Şimal-Qərb Ərazilərində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 1 nəfər sağ qalıb. Bu barədə yerli polisin açıqlamasında deyilir.
QHT.az xəbər verir ki, təyyarə Fort Smith yaxınlığında qəzaya uğrayıb. Yenilənmiş məlumatlara görə, iki ekipaj üzvü və dörd sərnişin həlak olub. Digər sərnişin yaralanıb və Fort Smith xəstəxanasındadır. Onun vəziyyəti məlum deyil.
Kanada Nəqliyyat Təhlükəsizliyi İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.
Pərvanə Fərhadqızı












