Qırğızıstanın Qızıl-Su rayonu yaxınlığında 7 bal gücündə zəlzələ baş verib. Paytaxt Bişkekdə hiss olunan zəlzələ nəticəsində insanlar küçələrə axışsa da, hələlik can və mal itkisi qeydə alınmayıb.
QHT.az xəbər verir ki, ABŞ Geoloji Xidməti tərəfindən edilən açıqlamada, Qırğızıstanın Çinin Sincan Uyğur Muxtar Bölgəsi ilə sərhəd bölgəsi yaxınlığında yerləşən Qızıl-Su rayonundan 126 kilometr cənub-şərqdə 7 bal gücündə zəlzələ baş verdiyi bildirildi. Zəlzələ təxminən 28 kilometr dərinlikdə baş verib. Paytaxt Bişkekdə hiss olunan zəlzələ nəticəsində insanlar küçələrə axışsa da, hələlik can və mal itkisi qeydə alınmayıb.
Pərvanə Fərhadqızı












