Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.

 

Onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.

 

Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

 

Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə də təmin edilib.