Onlayn İctimai Nəzarət Platformasının əsas üstün cəhətlərindən biri odur ki, burada bir neçə tərəfdaş var. Biri vətəndaş, digəri dövlət qurumu, üçüncü tərəf isə ümumi icmadır.

Bu barədə QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri  Günel Səfərova Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET- https://enezaret.az/) 2 illik fəaliyyətinin yekunlarına dair keçirilən tədbirdən sonra QHT.az-a açıqlama verib: “Əslində bu platformadan şəxsən özüm istifadə etməmişəm, layihələrin, sosial şəbəkələrin yaydığı informasiyadan göründüyü kimi vətəndaşlar çox rahat şəkildə bu platformaya daxil olurlar. Həmçinin onları narahat edən problemləri işıqlandırırlar. Müsbət cəhəti ondan ibarətdir ki, dövlət qurumları bu platformaya olduqca ciddi yanaşır. Bu vətəndaş və dövlət qurumu arasında problemlərin həllində bir körpüdür”.

 

Pərvanə Fərhadqızı