Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) Hüquq və İnsan Haqları İnstitutunu “Səmərəli əməkdaşlığa görə” təltif edib.

QHT.az xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışı zamanı İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib: “Yerli icra hakimiyyəti orqanları üçün keçirilən təlimlərdə ictimai nəzarətin işlək mexanizmi kimi “E-nəzarət”i qeyd edilib. 2 illik fəaliyyətinə həsr olunmuş tədbirdə platformaya 7000-dən çox müraciətin daxil olması, 80-dən çox dövlət qurumu və müəssisəsi ilə əməkdaşlıqda onlardan təxminən 70 %-nin həll olunub”.

Qeyd edək ki, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu hazırda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərir.

 

Pərvanə Fərhadqızı