“Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində dördüncü təlim oğlanlar arasında keçirilib.

QHT.az xəbər verir ki, 11 noyabr 2023-cü il tarixdə layihənin fəaliyyətləri çərçivəsində oğlanlar qrupu üçün birinci təlim keçirilib. Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində keçirilən təlimdə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin və Qədimkənd kənd tam orta məktəbin  yuxarı sinif şagirdləri iştirak ediblər. Ümumi 22 nəfərin iştirak etdiyi təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən mövzu ətrafında müvafiq məlumatlar verilib, videoçarx nümayiş olunub. Təlim zamanı grup işləri mövzunu daha yaddaqalan edib.

Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Günay Nağıyevanın müəllifi olduğu “Bullinqə birlikdə “Son” deyək!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi  əsasında Neftçala rayonunda icra olunur.

 

 

Pərvanə Fərhadqızı