“SmartNation” platforması gənc qızları Rumıniya səfirliyinin maliyyə və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə keçirilən STEM təlimlərinə dəvət edir.

QHT.az xəbər verir ki, üç ay davam edəcək layihə müddətində siz STEM ilə yanaşı “yumşaq” bacarıqlarınızı inkişaf etdirə və karyera planlaması istiqamətində mentor dəstəyi ala biləcəksiniz.

Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı xanımlar, STEM sahəsində karyera qurmaq istəyənlər, bu sahədəki potensiallarını peşəkar səviyyədə reallaşdırmaq istəyənlər iştirak edə bilər.

 

Qeydiyyat linki: https://forms.gle/hAzMyKRdSqvL4XpWA

Son qeydiyyat tarixi və vaxtı: 25.11.2023, 23:59-dək

 

 

Pərvanə Fərhadqızı