Çexiya Ukraynaya mülki və hərbi yardımı davam etdirməli, onun Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləməlidir. Eyni zamanda, Praqa hücuma məruz qalan ölkənin müharibədən sonrakı bərpasına hazırlaşmalıdır .
QHT.az xəbər verir ki, bunu baş nazir Petr Fiala Çexiyanın xaricdəki səfirlərinin Çernin sarayında keçirilən iclasının açılışında deyib. Onun sözlərinə görə, son aylarda müharibənin inkişafı vəziyyətin mürəkkəb olduğunu göstərir: "Münaqişənin tezliklə həlli şansları azdır və getdikcə azalır. Rusiya təcavüzünün nəticələri müxtəlifdir və müəyyən dərəcədə bizim ölkədə hiss etdiyimiz əsəbiliyə də təsir edir".
Baş nazir həmçinin Ukrayna ətrafında bir növ “uzun sürən vəziyyətdən yorğunluğun” qarşısının alınmasını vacib sayır. Onun sözlərinə görə, bütün səviyyələrdə izah etmək lazımdır ki, çex həmrəyliyi insan həyatını xilas edir, bu, təkcə düzgün deyil, həm də təhlükəsizlik baxımından zəruridir.
Pərvanə Fərhadqızı












