Bu, İsrailin bu ilin əvvəlindən Suriya ərazisinə 22-ci zərbəsidir.
QHT.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Hələb beynəlxalq hava limanına raket zərbəsi endirib, nəticədə hava limanı sıradan çıxıb. Bu barədə Ərəb Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edildiyi kimi, zərbə Aralıq dənizindən endirilib.
Pərvanə Fərhadqızı












