Pekin dəfələrlə Pentaqonun Çinin artan nüvə arsenalı ilə bağlı hesabatlarını tənqid edərək, ÇXR-in bu imkanları “milli təhlükəsizliyin tələb etdiyi minimum səviyyədə” saxladığını vurğulayıb.

QHT.az xəbər verir ki, Çin və ABŞ gələn həftə nüvə silahlarına nəzarəti müzakirə edəcəklər ki, bu da Obama administrasiyasından sonra ilk belə danışıqlar olacaq. Pentaqonun Pekinin hərbi imkanları ilə bağlı ötən ay verdiyi hesabatda Çinin hazırda 500 -dən çox operativ nüvə başlığı topladığı bildirilib. Bundan əlavə, hesabat Çinin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola biləcəyini göstərən proqnozlarla öz arsenalını artırmaq istiqamətində fəal şəkildə irəlilədiyini göstərir.

Çinin nüvə arsenalı ilə bağlı keçən ilki DoD hesabatı Pekinin nüvə qüvvələrini sürətlə modernləşdirdiyi və 2035-ci ilə qədər malik olduğu döyüş başlıqlarının sayını 1500- ə çatdırmaq yolunda olduğu barədə xəbərdarlıq etmişdi.

Pentaqonun 2021-ci ilə aid hesabatında, öz növbəsində iddia edilir ki, Çinin nüvə genişləndirilməsinin iddia edilən getdikcə artan tempi Pekinə 2027-ci ilə qədər 700- ə qədər, 2030-cu ilə qədər isə 1000- ə qədər, əvvəlki təxmin ediləndən 2,5 dəfə çox çatdırıla bilən nüvə başlığına sahib olmağa imkan verə bilər .

 

Pərvanə Fərhadqızı