Valensiya muxtariyyətində baş verən meşə yanğını səbəbindən 800-dən çox insan təhlükəsizlik məqsədilə evlərini tərk etmək məcburiyyətində qalıb.
QHT.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti X sosial şəbəkəsində məlumat yayıb. Yanğın noyabrın 2-də Montiçelvo kəndi yaxınlığında başlayıb. Yanğın sahəsi 1 min hektardan çoxdur. Güclü külək nəticəsində çətinləşən yanğının söndürülməsinə 200-ə yaxın insan, eləcə də aviasiya texnikası cəlb olunub.
Potris bələdiyyəsinin sakinlərinə tüstü səbəbindən evlərini tərk etməmək əmri verilib.
Pərvanə Fərhadqızı












