Şərqi Gürcüstanda beş su elektrik stansiyasının tikintisinə 167 milyon laridən çox vəsait ayrılıb, hökumət administrasiyasının bəyanatında deyilir.
QHT.az xəbər verir ki, beş layihənin reallaşdırılması və elektrik stansiyalarının təşviqi üçün aparılan tədqiqatlar uğurla başa çatarsa, Kareli, Xaşuri və Kaspi bələdiyyələrində quraşdırılmış gücü 118 MVt-dan çox olan yeni SES-lər tikiləcək. Hakimiyyət orqanları elektrik enerjisi istehlakının artması fonunda sektorun inkişafının vacib olduğunu dəfələrlə bəyan ediblər.
Ölkə sənayenin inkişafını sürətləndirməyi planlaşdırır, bunun üçün yaxın iki-üç il ərzində 3-4 milyard dollar investisiya cəlb edəcəklər. Bununla əlaqədar olaraq, növbəti üç il ərzində hərrac yolu ilə ümumi gücü 1,5 min meqavat olan elektrik stansiyalarının tikintisinə dəstəyi özündə əks etdirən bərpa olunan enerjiyə dəstək sxemi hazırlanıb.
Pərvanə Fərhadqızı












