"COP29-u keçirməklə ölkəmizin reallıqlarını həmin platformadan irəli gələrək daha yaxşı şəkildə təqdim edilməsi üçün əlverişli mühit qazandıq”.
QHT.az xəbər verir ki, bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər ALLAHVERƏNOV bildirib. QHT sədri qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu sahədə yeni imkanlar yaradır: “Bu sənəddə Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir".
Pərvanə Fərhadqızı












