Avstraliyanın kruiz operatoru dəbdəbəli kruiz gəmisi Qrenlandiyada quruya çırpılıb.
QHT.az xəbər verir ki, Danimarkanın “Ocean Explorer” lüks kruiz gəmisi Qrenlandiyada Nuuk şəhərindən təxminən 1400 kilometr şimal-şərqdə yerləşən Alpefjord milli parkında quruya çırpılıb. Gəmidə 206 sərnişin və ekipaj üzvünün olduğu bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və gəmiyə heç bir ziyan dəyməyib. Gəmidəki hər kəsin təhlükəsiz və yaxşı olduğu bildirilib.
Pərvanə Fərhadqızı












