“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən işə qəbul üçün müsabiqə elan edilir.

QHT.az xəbər verir ki, İnformasiya texnologiyaları şöbəsi üzrə vkansiya elan olunub. Kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsini təmin etmək, institutun informasiya və proqram təminatı sisteminin yaradılması və onun fa­si­lə­siz işlək vəziyyətdə saxlanılmasını təmin etmək, informasiya və kommunikasiya texnologiyalarını, proqram təminatını təkmil­ləş­dirmək, informasiya təhlükəsizliyini təmin etmək, bu sahələrdə riskləri qiymətləndirmək və mü­tə­ma­di olaraq monitorinqlər həyata keçirmək, institutun məlumat bazasını yaratmaq və monitorinqini aparmaq, kompüterlərdən istifadə zamanı əməkdaşlara texniki köməklik göstərmək lazımdır.

Ətraflı: https://lhri.az/.../i-s-q-bul-ucun-elan-edil-n-musabiq...

 

Pərvanə Fərhadqızı