Azərbaycan üçün ən tarixi günlərdən biridir. Xankəndində ucaldılan bayraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası deməkdir. Müzəffər Ali Baş Komandanımız 20 il öncə ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəfləri reallaşdırdı: artıq Azərbaycan öz tarixi ərazilərində suverenliyini tam bərpa edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov QHT.az –a bildirib ki, bu zəfər Azərbaycan üçün iqtisadi məna kəsb edir: “Böyük sənaye, aqrar, xidmət o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhvə verəcək. İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidən qurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Ölkə tarixində yeni səhifə açılır”.

 

Pərvanə Fərhadqızı