2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın yüksək inam və etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.
QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov ötən 20 ildə statistik məlumatları açıqlayıb: “Dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb. Qeyd edək ki, əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 mlrd. manat (70 faiz) artaraq 6 mlrd. manata çatıb. Həmçinin ünvanlı sosial yardım proqramına başlandığı 2006-ci ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb”.
Pərvanə Fərhadqızı












