Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Cəfərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi şüra üzvü seçilib.
QHT.az xəbər verir ki, 20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.
Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:
- Cəfərov Nizami Qulu oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
- Allahyarlı Nihad Vüqar oğlu - “DAVAM” Gənclər Hərəkatı ictimai birliyi
- Bəbirova Ülviyyə Firudin qızı - "Mədəniyyət Könüllüləri" ictimai birliyi
- Nəzərova Adilə Həsən qızı - "Kitab evi" ictimai birliyi
- Salayev Ayaz Ramiz oğlu - Əməkdar incəsənət xadimi
- Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - "Xan Şuşiniski" Fondu
Xatırladırıq ki, 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Biriyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar ictimai birliyi)
Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.












