Rəqəmsal inkişaf artıq cəmiyyətin ayrılmaz hissəsinə çevrilib və Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu sahədə beynəlxalq etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair keçirilən müşavirə dövlətin rəqəmsallaşmaya verdiyi önəmin göstəricisidir.

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev bildirib. Deputat vurğulayıb ki, süni intellekt, data mərkəzləri və rəqəmsal islahatlar ölkələrin gələcək inkişafını müəyyən edən əsas amillərdir. Xatırladılıb ki, 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası bu sahədə tədqiqatların genişləndirilməsi, infrastrukturun gücləndirilməsi və kadr potensialının artırılmasını hədəfləyir:

"2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyası sahibkarlıq mühitində rəqəmsal transformasiyanın sürətləndirilməsini, innovasiya ekosisteminin inkişafını və rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Strategiyada süni intellekt, bulud texnologiyaları və “ağıllı şəhər” həllərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib. Rəqəmsal sahədə kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır və ali təhsil müəssisələri ilə aidiyyəti qurumlar bu istiqamətdə üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməlidirlər".

 

Pərvanə Fərhadqızı