Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub.

QHT.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər.