Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli tərəfindən aparılıb.
QHT.az xəbər verir ki, bu barədə Zaur İbrahimli məlumat verib: “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının QHT Məktəbi çərçivəsində 3 gün davam edən təlimlərimiz bu gün başa çatıb. Problemin mahiyyətini və mümkün həlləri, müsbət dəyişikliklərə necə nail olaq və səmərəli danışıqlar necə töhfə verə bilər, ictimai vəkilliklə nələrə nail olmaq kimi məsələləri müzakirə etdik. Agentliyin qrant müsabiqəsi ilə bağlı izahat verdik. Qərara gəldik ki, danışa-danışa problemləri həll etmək daha asan olur, bir şərtlə ki, predmetli danışaq”.
Pərvanə Fərhadqızı

















