YAP Neftçala Rayon Təşkilatı tərəfindən noyabr ayının 15-də Neftçala rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
QHT.az xəbər verir ki, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə də Fəxri Fərmanla təltif olunub. O, əməyini dəyərlənirdiyi üçün YAP Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev və təşkilatın bütün əməkdaşlarına təşəkkür edib: “Dövlətimizə, Vətənimizə və Xalqımıza xidmət etməkdən qürur duyuram”.
Qeyd edək ki, Gülqədəm Mirzəzadənin bu Fəxri Fərmanla təltif edilməsi onun sosial fəaliyyətlərinə və qadınların inkişafına olan töhfəsinin bir göstəricisi kimi qiymətləndirilib.
Biz də QHT Vətəndaş Cəmiyyəti adından Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadəni təbrik edirik. Uğurlarının davamlı olmasını arzu edirik. Bu təltifin onun üçün yeni nailiyyətlərə və uğurlara gətirəcəyinə inanırıq.
Pərvanə Fərhadqızı












